Maşallah proqram ilə saytlarımız zənginləşir. Bu zənginləşmə fonunda təəssüf doğuran faktlardan biri də odur ki, bəzən saytlarımız adi istifadəçiyə bir o qədər də lazim olmayan proqramları da saytlarında dərc edirlər və ya eyni funksiya görən proqramlardan ən funksionallarını deyil ikinci dərəcəlilərini dərc edirlər. Əslində proqramlar nə qədər çox olsa bir o qədər yaxşıdır. Hər kəs özünə lazımlısını seçəcək, ancaq adi istifadəçi üçün ən əsas proqramlar lazımdır və ya hər hansı işdə ən yaxşı proqramlar lazımdır.İkinci dərəcəli proqramları tapmaq istəyənlər xüsusi proqram saytlarına müraciət edə bilərlər. Çalışacağıq proqramlar bölməsində yalnız seçilmiş proqramları olsun.