 |
|
 |
|
 |
 |
Seyid Əzim Şirvani |
|
 |
 |
Seyid Əzim Şirvani (1835-1888)
XIX əsr Azərbaycan ədəbiyyatında istedadlı lirik və satirik şair kimi tanınır. O, həm də maarifçi şerləri və mənzum hekayələri, təmsilləri ilə məşhurdur. Seyid Əzim 1835-ci il iyulun 10-da Şamaxıda doğulmuş, lakin 7-8 yaşında ikən atası Seyid Məhəmməd vəfat etdiyi üçün anası ilə birlikdə Dağıstanda yaşayan babası Molla Hüseynin yanına köçərək 10 il orada yaşamış, ilk təhsilini də Dağıstanda almışdır. 1835-ci ildə 18 yaşında ikən Şamaxıya qayıtmış və ömrünün sonunadək burada yaşayıb ədəbi və elmi-pedoqoji fəaliyyət göstərmişdir. Yəni həm özü məktəb açaraq dərs demiş, həm Şamaxı Ruhani məclisinin nəzdində Səid Əfəndi Ünsizadənin açdığı "Məclis" məktəbində əvvəl müəllim, S.Ünsizadə Tiflisə köçdükdən sonra ona rəhbərlik etmişdir. 1877-ci ildən isə eyni zamanda Şamaxı şəhər məktəbinə şəriət və ana dili müəllimi təyin olunmuşdur. Pedoqoji fəaliyyəti zamanı əldə etdiyi təcrübəyə əsasən iltisav məktəb şagirdləri üçün dərslik yazmış, lakin onun nəşri üçün göstərdiyi bütün cəhətlər puça çıxmışdır. Seyid Əzimin bu dərsliyinin nəşr edilməsinə o zamankı Çar hökuməti idarələri icazə verməmişlər.
S.Ə.Şirvani XIX əsrdə nəşr olunan milli mətbuat orqanlarının hamısında - "Əkinçi" (1875-1877), "Ziya (Ziyayi-Qafqasiyyə)" (1879-1884) və "Kəşkül" (188 -1891) - maarifə çağırış, əxlaqi, didaktik ruhlu şerləri və məqalələri ilə əməkdaşlıq etmişdir. Lakin şair "Əkinçi" qəzetinin nəşrini Azərbaycan ictimai-mədəni mühitində parlaq bir hadisə hesab edib şerlə tərik məktubu göndərsə də, qəzetin təbliğ etdiyi ictimai ədəbi və mədəni ideyaların mahiyyətini dərk edib mənimsəmək üçün ona təxminən bir il vaxt lazım olmuşdur; 1876-cı ilin ortalarından Seyid Əzimin dövrünə görə qabaqcıl, maarifçi ruhlu şerləri "Əkinçi" qəzetində, sonra isə "Ziya (Ziyayi-Qafqasiyyə)" və "Kəşkül"də tez-tez çap edilmişdir. Beləliklə, o, ədəbiyyat tarixində həm də maarifçi şerlər müəllifi kimi tanınmışdır.
Seyid Əzim Şamaxıda fəaliyyət göstərən "Beytüs-Şəfa" adlı ədəbi məktəbə rəhbərlik etmiş, eyni zamanda Bakı, Qarabağ, Lənkəran və digər mədəni mərkəzlərdəki ədəbi məclislərin üzvləri ilə yaradıcılıq əməkdaşlığı etmiş, onlarla şerləşmişdir. S.Ə.Şirvani dərin məzmunlu, yüksək ideya-estetik keyfiyyətə, incə lirizmə malik qəzəlləri, habelə realist ruhlu əsərləri ilə müasirlərindən seçilir. Onun satirik şerləri özünün ideya-bədii keyfiyyəti ilə Azərbaycan ədəbiyyatında satiranın formalaşaraq ictimai məzmun qazanmasına səbəb olmuşdur. Şirvani təzə bəyləri, "Qazı saqqalını yandırır", "Müstəhidin təhsildən qayıtması" və s. satiraları yüksək qiymətləndirilir… Şairin "Şirvan xanlığının tarixi" adlı bir elmi əsəri də var.
S.Ə.Şirvani 1888-ci ildə Şamaxıda vəfat etmişdir. Onun əsərləri kitab halında dəfələrlə çap olunmuş, haqqında çoxlu məqalə, dissertasiya və monoqrafiyalar yazılmışdır. Şairin həyat və yaradıcılığı orta və ali məktəblərdə də öyrənilir.Mənbə : azerbaijan.az
Açar sözlər: Seyid Əzim Şirvani, seyid ezim sirvani, gorkemli sexsler, yazicilar, yazicilar haqda, yazıçılar, yazarlar
|
 |
Oxşar yazılar: Aforizmlər 1Ədiblərin ədiblərə sölədikləriDövlət orqanlarında işə qəbulLudwig Van Beethoven"Masonluq - dünyanı idarə edən qüvvə"
Reytinq:
3
(Səs: 5)
|
 |
|
 |
 |
|
Tarix: 19 Iyul 2011 14:22. |
 |
 |
|
Tarix: 25 Fevral 2011 22:28. |
 |
 |
|
Tarix: 13 May 2010 14:46. |
 |
 |
|
Tarix: 15 Mart 2010 20:03. |
 |
 |
Yazdı: ozcan |
Tarix: 21 Fevral 2010 21:34. |
 |
 |
Grup: Qonaq Xəbər sayı:0 Şərh sayı:0 Mükafatlar: Reputasiya: | ICQ : -- | Şərhlər : ¹14 | Qeydiyyatdan keçib: : --
| Yaşayış yeri : -- [Sitat gedirmək] |
 |
 |
Yazdı: fidan |
Tarix: 21 Fevral 2010 21:04. |
 |
 |
Grup: Qonaq Xəbər sayı:0 Şərh sayı:0 Mükafatlar: Reputasiya: | ICQ : -- | Şərhlər : ¹13 | Qeydiyyatdan keçib: : --
| Yaşayış yeri : -- [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 22 Yanvar 2010 21:42. |
 |
 |
|
Tarix: 24 Noyabr 2009 23:50. |
 |
 |
|
Tarix: 24 Noyabr 2009 22:44. |
 |
 |
 |
Nece deyerler tekrar biliyin analigidir ,thanks for news. |
Grup: Active user Xəbər sayı:6 Şərh sayı:107 Mükafatlar: Reputasiya: 0 | ICQ : -- | Şərhlər : ¹10 | Qeydiyyatdan keçib: : 12.10.2009
| Yaşayış yeri : Baki [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 24 Noyabr 2009 19:28. |
 |
 |
|
Tarix: 23 Noyabr 2009 23:33. |
 |
 |
|
Tarix: 23 Noyabr 2009 23:09. |
 |
 |
|
Tarix: 23 Noyabr 2009 21:07. |
 |
 |
|
Tarix: 23 Noyabr 2009 19:21. |
 |
 |
|
Tarix: 23 Noyabr 2009 14:49. |
 |
 |
|
Tarix: 23 Noyabr 2009 14:36. |
 |
 |
|
Tarix: 23 Noyabr 2009 13:58. |
 |
 |
|
Tarix: 23 Noyabr 2009 08:53. |
 |
|
|