 |
|
 |
|
 |
 |
Sayt xəbərləri |
|
 |
 |
 Əvvəlcədən qeyd edim ki, hər bir saytımızı izləyən istifadəçimizin oxumasını istərdim.
Onu da əlavə etmək istərdim ki, aşağıda olan dəyişiliklərin hər birinin 2 səbəbi var. a) Gözlənilmədən mənə Koreyada yaşayan tələbələrin yeni yaranmış təşkilatının saytını yaratmağı tapşırdılar. b) Mən istəyirəm ki, bu saytda olan hər bir yenilik səviyyəli və ən əsası davamlı olsun və buna görə də yeniliklər gec-gec olur.
1) Müsabiqə. Çox düşündüm və qərara aldım ki, nə qədər demək çətin olsa da deməliyəm ki, müsabiqəni İyul ayının ortalarına kimi təxirə salası olduq. Ən əsas səbəb odur ki, istəyirik ki, müsabiqə qalibləri layiqli insanlar olsun, ancaq müsabiqəni ədalətli aparmaq üçün vaxtımız azdır. 2 məsələni dəqiq deyə bilərəm a) Müsabiqə heç bir şərtlə İyul ayından o tərəfə qalmayacaq. b) Müsabiqənin ilk olan şərtləri dəyişdiriləcək və daha ədalətli olacaq. Sonda onu da deyim ki, düşünürəm ki, bu zaman ərzində kimin saytımızı xoşladığı üçün daxil olduğu kimin isə müsabiqə üçün daxil olduğu aydınlaşacaq. Onu da əlavə edim ki, mütləq saytımıza maraqlı xəbər göndərən istifadəçilərin müsabiqədə hiss olunacaq fərqləri olacaq(yaxşı mənada).
2) Xaricdəki tələbələr. Bəzi istifadəçilər soruşur ki, bu necə xaricdəki tələbələri saytıdır ki, burda, ancaq Koreya haqqında info var və ya niyə başqa ölkələr haqda info yoxdur. Onu demək istəyirəm ki, məndə artıq bəzi ölkələr haqqında məqalələr var sadəcə olaraq mən düşünürəm ki, onlar kifayət deyil ki, yeni bölmə açılsın. Bir çox xaricdə təhsil alan tələbər sayta qoşulmaq istəyir, ancaq mənim çox təəssüf ki onların hər birinə nə edəcəklərini izah etməyə zamanım yoxdur. Əgər siz istifadəçilər daha çox xəbər göndərsəniz və xəbər göndərən zaman bacardığınız qədər səliqəli göndərsəniz o zaman mənbə xəbərlərə ayırdığım zamanı həmən yaxınlarımla danışıb yeni çox maraqlı məqalələr hazırla bilərəm və beləcə siz Aznetdə olmayan informasiyanı ala bilərsiniz. Misal üçün Fransada necə pulsuz təhsil almaq olar, ordakı tələbələrin həyatı və s.
3) Xəbərlər. Çox istərdim ki, bu müddətdə saytımızın istifadəçiləri daha aktiv olsunlar. Öyrənmək gözəldir, ancaq öyrətmək ondanda. Bu saytı açmazdan öncə biz bloq açmağı düşünürdük və orda nə zaman istəsək özümüzə maraqlı olan yazıları yazmaq istəyirdik, ancaq sonra sayt açdıq ki, hər kəs fikirlərini bölüşə bilsin. Eyni zamanda onu da demək istəyirəm ki, bu saytda dərc olunan heç də bütün xəbərlər şəxsən mənim üçün maraqlı deyil. Misal üçün mobil bölməsi, ancaq istək çox olduğundan belə bir bölmə açdıq.Çox çox istərdim ki, maraqlı bilikləri bizimlə bölüşəsiniz, çünki məndə bu sayt vasitəsi ilə nəisə öyrənmək istəyirəm. Saytımızın məqsədləri çoxdur, ancaq hamısını burda yazıb sizi yormaq istəmirəm. Bunlar vaxtı gəldikcə deyiləcək. Sonda onu da əlavə edim ki, yaxşı olar ki, xəbər göndərəndə səliqəli yazasınız, çünki bəzən xəbərləri redaktə etməyə yeni xəbər yazmaqdan daha çox vaxt gedir. Saytımızda ən səliqəli xəbər göndərən istifadəçi gypsyyy-dir. Hər birinizdən maraqlı xəbər gözləyirik.
4) Şərhlər Saytımızın istifadəçiləri bilirlər ki, bu sayt çalışır digərlərindən fərqlənsin. İstəyirik ki, bizim istifadəçilərimizdə digər saytların istifadəçilərindən fərqlənsinlər. Ona görə çox xahiş edirəm ki, twk, mende var, yuklemedim və s tipli şərhlər yazmayın. Təşəkkür yazmaq istəyirsinizsə o zaman hər bir xəbərin sonunda olan "sağ ol de" sözünün üzərində klik edin. Misal üçün aforizmləri oxuyandan sonra onlara ya öz fikrinizi bildirin, ya oxşar məna verin aforizm yazın. Hər hansı mahnıya qulaq asandan sonra mahnıya münasibət bildirin, ya müğənniyə və s.
5) Forum və çat. Bu haqda həddindən artır sual və təkliklər gəlir. Bir daha demək istərdim ki, forum və çat hazırlamaq problem deyil, problem oların maraqlı etməkdir. Forum açdıq. Mən orda Koreya, İT bölmələrinin moderatoru oldum bəs o birilərə kim nəzarət edəcək? O nəzarət edənlərin özlərinə kim nəzarət edəcək? Eyni məsələ çat-a da aiddir. Hər ikisi inşallah yayda hazır olacağını düşünürəm. Moderatorlarda elə saytımızın maraqlı istifadəçiləri olacaq. O zamana kimi gərək bu saytı ayağa qaldıraq.
6) Olacaq yeniliklər. Yeni bölmələr açılacaq. İndi bunun üçün hazırlıqlar gedir. Yeni araşdırmalar, Psixologiya, Avtomobil, Sağlamlıq, İntelektual suallar(məntiqi suallardan fərqli) vəs. Saytın dizaynında biraz dəyişiliklər olacaq. Saytımıza yeni redaktor, və jurnalistlər əlavə olunacaq ki, bu da saytımızın işini daha sürətli edəcək. Həmən şəxslərin bir hissəsi sizlərdən olacaq. Bu haqda elan saytda dərc olunacaq. Bu sadəcə yaya qədər olacaq planların bir hissəsidir.
Bizlərə uğurlar!
|
 |
Oxşar yazılar: Sayt xəbərləriSaytda gözlənilən yeniliklər və statuslar haqdaSayta aid xəbərlərMüsabiqəFaydali.az oğurlanır!
Reytinq:
2
(Səs: 2)
|
 |
|
 |
 |
|
Tarix: 25 Fevral 2011 22:35. |
 |
 |
|
Tarix: 16 Fevral 2010 14:13. |
 |
 |
|
Tarix: 15 Fevral 2010 23:24. |
 |
 |
Grup: İstifadəçi Xəbər sayı:0 Şərh sayı:11 Mükafatlar: Reputasiya: 0 | ICQ : 8888888 | Şərhlər : ¹15 | Qeydiyyatdan keçib: : 7.02.2010
| Yaşayış yeri : baki [Sitat gedirmək] |
 |
 |
|
Tarix: 14 Fevral 2010 09:26. |
 |
 |
|
Tarix: 14 Fevral 2010 09:22. |
 |
 |
|
Tarix: 13 Fevral 2010 12:07. |
 |
 |
|
Tarix: 13 Fevral 2010 10:51. |
 |
 |
|
Tarix: 12 Fevral 2010 22:14. |
 |
 |
 |
ramin, bu qədər ətraflı yazdığım üçün çox təşəkkür edirəm. İndi məndə sənin fikirlərinə fikrimi bildirim. 2-ci bəndə artıq məqalədə cavab yazdığımdan üzərində ətraflı dayanmayacam. 4. Ramin mənasız xəbərlər mənalı xəbərlərin azlığından yaranır. Sən desən də ki, bunu dərc etmə məndə digər mənalı xəbər olmayan zaman o boşluğu doldurmaq üçün dərc etməli oluram. Düşünürəm ki, vəziyyətə istifadəçi yox admin gözündən baxanda hər şey daha aydın olur və mən özümdə bunu bildiyim üçün hər zaman istifadəçilərdən daha aktiv olmağı istəyirəm. İndi baxaq görən neçə istifadəçi aktivdir? 5. Tamamilə razıyam, ancaq bütün bu işləri idarə etmək sadəcə mən tərəfdən mümkünsüzdür. Ona görə zamana ehtiyac var. 6. Yeni bölmələrin bəziləri hətda mənim üçündə mənasızdır, ancaq mənim üçün mənasız olan əksəriyyət üçün mənalıdır və biz bəzi hallarda əksəriyyətə qarşı gəlsək də hər zaman gələ bilmərik. Əks halda sayt uğursuz olacaq.
Oki qaldı sərf səhvlərimə mən bunu həqiqətən də bölük bir qəbahət kimi boynuma alıram və hər zamanda istifadəçilərdən xahiş edirəm ki, səhv olan zaman mənə səhvi desinlər ki, düzəldim, ancaq çox təəssüf ki, deyən az olur. Bugündən söz verirəm ki, bu məsələyə daha ciddi yanaşacam.
Maraqlı fikirlər üçün təşəkkür edirəm. |
Grup: Administrator Xəbər sayı:1256 Şərh sayı:538 Mükafatlar: Reputasiya: 0 | ICQ : -- | Şərhlər : ¹10 | Qeydiyyatdan keçib: : 11.01.2009
| Yaşayış yeri : Suvon-Koreya [Sitat gedirmək] |
 |
 |
|
 |
 |
|
Tarix: 12 Fevral 2010 20:28. |
 |
 |
|
Tarix: 12 Fevral 2010 18:37. |
 |
 |
|
Tarix: 12 Fevral 2010 18:20. |
 |
 |
|
Tarix: 12 Fevral 2010 17:59. |
 |
 |
|
Tarix: 12 Fevral 2010 16:32. |
 |
 |
 |
admin eziyyet cekib yazmisan buna gore tesekkur,men isterdim ki her punkta aid fiirlerimi bildirim 1.Musabiqe ile bagli onu deyim ki mence kimse bura heqiyye ucun gelmir ,cunki inanmiram ki kimsenin bu hediyyeleri almaga imkani olmasin ve yeqin ki coxumuzda da var.ne vaxt isteseniz musabiqeni kecirdersiz,belke ehtiyaci olanlar var 2.mence de eger xaricdeki telebelerin saytidirsa niye basqa olkelerden xeberler yerlesdirilmir,nece vaxtdir deyirsiz ki xaricdeki telebeler de qosulacaq bura ama hele ki gormuruk,insallah en qisa muddetde olar 3.bu bolmedeki fikirlerinle raiyam,en aktiv xeberci ve enseliqeli gypsyy-dir,tebrik edirem 4.mence userlerin konkret cavab yazmalarinin sebebi 1 cox xeberlerin menasiz olmasidir.defelerle men de daxil olmaqla bir cox user yazmisiq ki yuklemirem,istemirem,lazim deyil menasizdi ve .s kimi sozlerden sonra siz bu xeberleri azaltmali hetta yayimlamamalisiz 5.forum ve chata gelince -mence lazimlidir,saytin reklami ucun forum daha cox lazimdi,moderator deyende ki hele userler azdi ve en azindan 2 bolmeye 1 moderator bes eder mence,chat ise soralar da olsa olar 6,yeni bolmelerde mence lazimsiz bolmelerddi bir coxu,duzelisler etmek lazimdi
sonda bir nece iradim olcaq.sen yazanda herf sehvlerin cox olur,bilirem tez-tez yazirsan ona gore olur ama sen soradan bunu ozun redakte etmelisen,eger bu sehvler mende olsa bu qebahet deyil,ama saytin admini kimi sende olsa bu saytin reklamini oldurur,mesel ucun bu yazinda 1 cox sehvler var
ve en nehayet ugur+ ,insallah sayti istediyiniz kimi inkisaf etdirersiz,mende ancaq serh yazaram:)
--------------------
ÖLÜM DEDİYİN NEDİR Kİ GÜLÜM, BEN SENİN İÇİN YAŞAMAYI GÖZE ALMIŞIM ...
|
Grup: Silver user Xəbər sayı:14 Şərh sayı:691 Mükafatlar: Reputasiya: 0 | ICQ : -- | Şərhlər : ¹5 | Qeydiyyatdan keçib: : 12.09.2009
| Yaşayış yeri : Azerbaycan .Baki [Sitat gedirmək] |
 |
 |
|
 |
 |
|
Tarix: 12 Fevral 2010 14:11. |
 |
 |
|
Tarix: 12 Fevral 2010 13:03. |
 |
 |
|
Tarix: 12 Fevral 2010 12:29. |
 |
 |
|
Tarix: 12 Fevral 2010 10:02. |
 |
|
|